Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraq Ali İslam Şurası yaydığı bəyanatda ABŞ və Səudiyyə Ərəbistanının İraqa qarşı təcavüzünü, eləcə də Xalq Səfərbərlik Qüvvələri (Həşd əl-Şəəbi) tərkibində fəaliyyət göstərən rəsmi təhlükəsizlik qüvvələrinin hədəfə alınmasını qətiyyətlə pisləyib.
Bəyanatda deyilir: ABŞ və Səudiyyə Ərəbistanının İraqa qarşı təcavüzünü, Həşd əl-Şəəbi tərkibindəki rəsmi təhlükəsizlik qüvvələrinin hədəfə alınmasını, nəticədə bir sıra hərbçilərin şəhid olmasını və yaralanmasını qətiyyətlə pisləyirik.
Bəyanatda, həmçinin vurğulanıb: Təəccüb doğurur ki, bu təcavüz İraq hökumətinin Fars körfəzi sahilində yerləşən ölkələrlə münasibətlərdə yeni səhifə açmaq istiqamətində ciddi diplomatik fəaliyyət göstərdiyi və baş nazirin ABŞ-yə səfərindən cəmi bir neçə gün sonra baş verib. Həmin səfər çərçivəsində iqtisadi tərəfdaşlığın yaradılması və münasibətlərin yeni mərhələyə keçidi məqsədilə 48 anlaşma memorandumu imzalanmışdı.
Sizin rəyiniz