Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Həridilər dindaşlarından bir neçəsinin hərbi xidmətdən yayınmaq ittihamı ilə həbs edilməsindən sonra avtomobil yollarını və küçələri bağlayaraq etiraz aksiyasına başlayıblar.
“Qüds qanadı” adlanan cərəyan tərəfindən təşkil edilən bu etirazlar bu gün günorta saatlarında işğal olunmuş Qüds yaxınlığındakı Bəni-Brak şəhərində başlayıb. Aksiya ötən həftə hərbi xidmətdən yayınanların həbsinə reaksiya olaraq keçirilib.
Sionist rejimin polisi bildirib ki, 4 nömrəli avtomobil yolu gediş və dönüş istiqamətlərinin hər ikisində bağlanıb və sakinlərdən bu ərazidə hərəkət etməmələri, alternativ yollardan istifadə etmələri xahiş olunub.
Sizin rəyiniz