14 iyul 2026 - 23:17
Source: IRNA
İran İslam İnqilabı Keşikçiləri Korpusu İordaniya xalqına mesaj ünvanladı: ABŞ bazalarını ölkənizdən çıxardın

SEPAH: “Amerika işğal bazalarının regiondan çıxarılması ilə bağlı ciddi tələbiniz Fələstin xalqının xilas edilməsində və bölgəyə təhlükəsizliyin qaytarılmasında böyük köməkdir. İordaniyanın başının ucalığı bizim arzumuzdur."

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Şöbəsi İordaniya xalqına ünvanlanmış bəyanatda bildirib: Bu gün səhər tezdən İslam döyüşçüləri, "Nəsr 2" əməliyyatının ikinci dalğasının üçüncü mərhələsində, "Ya ləsaratil-Husəyn (ə)" (Ey İmam Hüseynin (ə) qanının intiqamını alan) rəmzi ilə ərazinizdə uşaq qatili Amerika ordusu tərəfindən işğal edilmiş və bizə hücum etmək üçün istifadə edilən hava bazasında düşmən Amerikanın yerləşdiyi mühüm obyektləri və mövqeyini ballistik raketlərlə hədəfə alıb və Amerika cinayətkarlarını hərəkətlərinə görə cəzalandırıblar.

Bəyanatda deyilir: Bu təcavüzlərin ilk günündə təkəbbürlü Amerika rejimi eyni bazalardan istifadə edərək Minabda 168 günahsız məktəblini və onların müəllimlərini tikə-tikə ediblər.

İİKK bəyanatında bildirib: "Siz çox yaxşı bilirsiniz ki, ölkənizlə nəinki heç bir düşmənçiliyimiz yoxdur, həm də sizi, nəcib xalqınızı çox sevirik. Siz, digər millətlərdən daha çox, Fələstin xalqının ağrısını və məzlumluğunu başa düşürsünüz və ABŞ-nin birbaşa müdaxiləsi ilə Qəzzada iyirmi min uşaq da daxil olmaqla yetmiş min fələstinlinin qətliamında sionist rejimin cinayətlərindən xəbərdarsınız. Bu qətliam ABŞ-nin birbaşa müdaxiləsi ilə həyata keçirilib. Amerika işğal bazalarının regiondan çıxarılması ilə bağlı ciddi tələbiniz Fələstin xalqının xilas edilməsində və bölgəyə təhlükəsizliyin qaytarılmasında böyük köməkdir. İordaniyanın başının ucalığı bizim arzumuzdur."

Sizin rəyiniz

You are replying to: .
captcha