Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Əl-Fərəh bildirib ki, Livan hökuməti ilə düşmən İsrail arasında əldə olunan razılaşma müqaviməti məhv etməyə yönəlmiş ittifaq və Livanın cənubuna qarşı qurulmuş terrordur.
O deyib: Bu razılaşmanın ən təhlükəli tərəfi düşmən İsrailin müharibəni Livanın daxilinə çəkməkdə uğur qazanmasıdır.
Onun sözlərinə görə, bu razılaşmanın qaçılmaz nəticəsi iki ssenaridən biri olacaq: ya Livanda dağıdıcı vətəndaş müharibəsi baş verəcək, ya da sionistlər Livanı birbaşa işğal edəcəklər. Buna görə də Livan xalqının bu marionet hökuməti mümkün olan bütün vasitələrlə devirmək haqqı var.
Sizin rəyiniz