28 iyun 2026 - 09:31
Source: IRNA
Hizbullahın baş katibi Şeyx Nəim Qasim: Sionist rejimlə bağlanan “Çərçivə sazişi” Livanın suverenliyinin təslim edilməsidir

Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim sionist rejimlə bağlanan “Çərçivə sazişi”ni Livanın suverenliyinin təslim edilməsi adlandırıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livan Hizbullahının baş katibi bildirib ki, “çərçivə sazişi” Livanın suverenliyinin təslim edilməsi deməkdir, işğala legitimlik qazandırır və geri çəkilməni müqavimətin silahsızlaşdırılması ilə əlaqələndirir.

O, bu sazişin rədd edilməsini, İran və ABŞ arasında olan anlaşma memorandumuna sadiq qalınmasını və Livanın tam azad olunmasına qədər müqavimətin davam etdirilməsini tələb edib.

Şeyx Nəim Qasim əlavə edib ki, İsrail hərbi qüvvələrinin Livanın cənubundan geri çəkilməsinin müqavimətin silahsızlaşdırılması ilə əlaqələndirilməsi çox təhlükəli təklifdir və bütün qırmızı xətləri aşmaq deməkdir.

Sizin rəyiniz

You are replying to: .
captcha