Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:Livan parlamentinin sədri Nəbih Berri ABŞ-nin vasitəçiliyi ilə Livan hökuməti ilə sionist rejim arasında imzalanmış çərçivə razılaşmasına cavab olaraq bəyanat yayıb.
Berri qısa bəyanatında Livan xalqına müraciətlə bildirib: “Ey Livan xalqı, bütün Livan! Bu, fitnədir.”
O, daha sonra məşhur bir kəlamı xatırladaraq əlavə edib: “Fitnə zamanı dəvə balası kimi ol; nə belin olsun ki, üstünə minsinlər, nə də yelinin olsun ki, ondan süd sağsınlar.”
Livan parlamentinin sədri daha ətraflı təfərrüata varmadan, qarşıdakı vəziyyət və bu razılaşmanın mümkün nəticələri barədə xəbərdarlıq edib.
Livan və sionist rejim cümə günü ABŞ-nin vasitəçiliyi ilə keçirilən beş raund danışıqlardan və Vaşinqtonda dörd günlük məsləhətləşmələrdən sonra gələcək razılaşma üçün çərçivə sənədi üzərində razılığa gəlib. Bu çərçivə sənədi ABŞ dövlət katibi Marko Rubio, Livanın ABŞ-dəkı səfiri Neda Həmadə Muəvvez və sionist rejimin Vaşinqtondakı səfiri Yexil Literin iştirakı ilə imzalanıb.
ABŞ-nin Axios xəbər portalının məlumatına görə, bu razılaşma tərəflər arasında gələcək danışıqların istiqamətini müəyyən edir və ilkin icra tədbirlərini ehtiva edir. Portal israilli bir rəsmiyə istinadən bildirib ki, bu razılaşmaya əsasən, sionist rejim Hizbullah silahsızlaşdırılanadək “Sarı xətt” adlandırılan təhlükəsizlik zonasında öz mövcudluğunu qoruyub saxlayacaq.
Sizin rəyiniz