Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusunun – SEPAH İctimaiyyətlə Əlaqələr şöbəsi ABŞ-ın son hücumlarına cavab olaraq SEPAH-ın Aerokosmik Qüvvələrinin Əl-Əzrəq hava bazasında və idarəetmə mərkəzinə cavab hücumu həyata keçirtdiklərini açıqlayıblar.
Bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr Şöbəsi bildirib:
Yüz gündən çox döyüş meydanında dayanaraq yeni bir vizyon və müqavimət səviyyəsi nümayiş etdirən İranın mömin və qəhrəman xalqı;
İslam döyüşçülərinin Amerika təcavüzkar düşmənini yatırmaqda göstərdiyi şərəfli əməllərə sadiq qalaraq, Uca Allaha təvəkkül edərək, İİKK Aerokosmik Qüvvələrindəki cəsur oğullarınız, uşaqları öldürən Amerika ordusunun Kərəc və Nəzərabad ətrafındakı istirahət məkanına, istehsal kompleksinə və kazarma ərazisinə, eləcə də Pişva şəhristanındakı yerli İİKK bazasına raket hücumlarına cavab olaraq, təcavüzkarı cəzalandırmaq üçün bu səhər Amerika F35, F15 və F16 qırıcı təyyarələrinin yerini, eləcə də Əl-Əzrəq hava bazasında və idarəetmə mərkəzində yerləşən Amerika terrorçu ordusunun mühüm obyektlərini 12 ballistik raketlə hədəfə alaraq həmin obyektləri və çox sayda qırıcı təyyarəni darmadağın etdilər. İslam döyüşçülərinin əməliyyatları düşmənin şər hücumları davam etdikcə davam edəcəkdir!
Sizin rəyiniz