Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf səsli mesajında bildirib: İranın yanaşması “ya müharibə, ya danışıqlar” seçimi deyil, əksinə şəraitə uyğun olaraq həm hərbi, həm də diplomatik addımların paralel idarə olunmasıdır.
Onun sözlərinə görə, “danışıqlar mübarizənin davamıdır” və bu strategiya düşməni məğlub etməyə xidmət edir.
Qalibaf bəzi dairələrdə “qərarvericilər arasında koordinasiyanın olmadığı” barədə iddiaları rədd edərək, dövlət qurumları arasında hədəflərə çatmaq üçün tam koordinasiyanın mövcud olduğunu vurğulayıb.
Silahlı qüvvələr operativ qərarlara uyğun şəkildə fəaliyyət göstərir və planlı strategiya əsasında hərəkət edir.
Məqsədimiz müharibəni bitirmək və davamlı təhlükəsizlik yaratmaqdır, ABŞ ilə münasibətlərin normallaşdırılması deyil və qarşı tərəfə etimadımız da yoxdur. Lakin bizim metodumuz emosional şəkildə əməliyyat aparmaq və ya sadəcə İran xalqının hüquqlarını bəyan etmək və ya düşmənin cinayətlərini qınamaqla məhdudlaşmır.
Sizin rəyiniz