Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası Ordusunun Baş Komandanı bir daha yəhudi düşmən qüvvələrinə xəbərdarlıq edib: sionist rejimin təcavüzünün məsuliyyəti ABŞ-nin üzərinə düşür və düşmənin təxribatlarının təkrarlanacağı halda İranın addımları daha da sərtləşəcək.
General-polkovnik Əmir Hatəmi sionist rejimin atəşkəsi dəfələrlə pozması və İran xalqının 100 günlük müqavimət və möhkəm dayanıqlılığı ilə bağlı mesaj yayıb.
Ordunun Baş Komandanının mesajının bir hissəsi belədir:
Düşmən danışıqlar vasitəçisinin İranda olduğu bir vaxtda yenidən vədinə xəyanət edərək atəşkəsin bütövlüyünü pozdu və bir daha sübut etdi ki, nə atəşkəsə, nə də razılaşmalara sadiq deyil.
Sizin – mərd İran xalqının xiyabanlarda iştirakı ordunun döyüş ruhunu yüksəltdi və xalq ordusu ilə bütün Silahlı Qüvvələrin sıralarında yeni güc formalaşdırdı. Vətən müdafiəsi üçün övladlarınız və qardaşlarınız möhkəm müdafiə cəbhəsində İranın müstəqilliyi və ucalığı uğrunda son damla qanadək döyüşməyə hazırdır.
Xalqın davamlı dəstəyinə arxalanaraq İran Silahlı Qüvvələrinin tam hazırlığını elan edir və xəbərdarlıq edirik ki, sionist rejimin təcavüzünə görə məsuliyyət ABŞ-nin üzərinə düşür və düşmənin təxribatları təkrarlanarsa, əməliyyatlarımız daha da sərtləşəcək.
Sizin rəyiniz