Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyi 8 aprel 2026-cı il tarixli atəşkəs razılaşmasını xatırladaraq bildirib ki, həmin razılaşmaya əsasən ABŞ və İsrailin İrana qarşı bütün cəbhələrdə, o cümlədən Livan istiqamətində hərbi əməliyyatları dayandırması nəzərdə tutulub.
Nazirliyin bəyanatında qeyd olunub ki, atəşkəsin elan edilməsindən bu günə qədər ABŞ dəfələrlə razılaşmanı açıq şəkildə pozub, xüsusilə İranın ticarət gəmiçiliyinə qarşı davam edən hücumlar və hərbi təzyiqlərlə.
Xarici İşlər Nazirliyinin davamında bildirilib: İsrail rejimi də atəşkəsi kobud şəkildə pozaraq Livanın ərazi bütövlüyü və suverenliyinə qarşı hücumlarını davam etdirib. Nəticədə minlərlə insanın həlak olub və yaralanıb, təxminən iki milyon insan köçkün düşüb, eləcə də infrastrukturlar ciddi şəkildə dağıdıldılıb.
Bəyanatda xüsusi vurğu ilə qeyd edilib ki, atəşkəsin hər hansı bir cəbhədə pozulması onun bütün cəbhələr üzrə pozulması deməkdir.
Nazirlik əlavə edib: ABŞ-nin ilk mərhələdə İsrailin Livandakı əməliyyatlarını dayandırmağa dair açıqlamalarına baxmayaraq, həm İrana qarşı atəşkəs pozuntuları, həm də İsrailin Livandakı hücumları ilə bağlı birbaşa məsuliyyət daşıdığı aydındır və nəticələrə görə cavabdehlik ABŞ-nin üzərinə düşür.
XİN sonda vurğulayıb: İran İslam Respublikası atəşkəsin pozulmasının regionda sülh və təhlükəsizlik üçün ciddi təhdid yaratdığı barədə dəfələrlə xəbərdarlıq edib və bu hücumların dərhal dayandırılmasını tələb edir. Təbiidir ki, İran lazım olarsa beynəlxalq hüquqa və qanuni müdafiə haqqına uyğun olaraq milli maraqlarını qorumaq üçün bütün imkanlardan istifadə edəcək.
Sizin rəyiniz