Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Hökumətin İnformasiya Şurasının sədri İlyas Həzrəti “X” sosial şəbəkəsindəki hesabında yazıb: “Prezident Məsud Pezeşkian bütün gücü ilə ölkə məsələlərinin təqibi və xalqa xidmətlə məşğuldur.”
Son aylarda artıq neçənci dəfədir ki, bəzi xarici media qurumları və onlarla əlaqəli şəbəkələr prezidentin istefası ilə bağlı şayiələr yayırlar. Bu şayiələrin reallıqla heç bir əlaqəsi yoxdur və bundan əvvəl də dəfələrlə təkzib edilib.
Görünür, bu xəbərlərin müəllifləri məlumatlandırmaqdan daha çox, ümidsizlik yaratmağa, ixtilaf salmağa və milli həmrəyliyi sarsıtmağa çalışırlar. Lakin onlar bu məqsədlərinə çata bilməyəcəklər.
İran xalqı mühüm məqamlarda göstərib ki, baxış fərqlərindən asılı olmayaraq, milli maraqların qorunması və ölkənin ucalığı naminə bir-birinin yanında dayanır. Bu xalqın birliyini pozmaq və hökumətlə xalq arasındakı bağı qırmaq arzusu, keçmişdə olduğu kimi, yenə də gerçəkləşməyəcək.
Sizin rəyiniz