Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Məhəmməd Baqir Qalibaf İran İslam Şurası Məclisinin virtual iclasında gündəlikdən əvvəlki çıxışında dedi: 12-ci çağırış Məclisin üçüncü ilinə başladığımız bir vaxtda, ümmətin şəhid rəhbəri, Həzrət Ayətullahül-üzma Xameneinin (r) xatirəsi bizimlədir və biz hələ də bu böyük rəhbərin və ümmətin atasının yoxluğunu qəbul edə bilmirik.
O fəqih ki, 37 illik rəhbərliyi dövründə öz müdrik rəhbərliyi, tədbirli və qüdrətli komandanlığı ilə güclü, müstəqil və qüdrətli İranın əsasını qoydu və bizə öyrətdi ki, zülm və təhdid qarşısında zərrə qədər də əyilməyək, düşmən qarşısında son damla qanımıza qədər yumruqlarımızı sıxaraq mübarizə aparaq.”
Qalibaf qeyd edib ki, hərbi meydanda və raketlərimizlə əldə edilən nailiyyətlər xalqın dəstəyi ilə baş tutub. Diplomatiyanın vəzifəsi bu qələbələri siyasi və hüquqi nailiyyətlərə çevirməkdir, xidmət meydanının vəzifəsi isə bu qələbələrin arxasında xalqın problemlərini həll etməkdir.”
O vurğulayıb: “Bu yolda dəfələrlə dediyim kimi, diplomatiya meydanının döyüşçülərinin düşmənin sözlərinə və vədlərinə heç bir etimadı yoxdur. Bizim üçün meyar, öhdəliklərimizi yerinə yetirməzdən əvvəl əldə etməli olduğumuz konkret nailiyyətlərdir və İran xalqının hüquqlarını təmin etdiyimizə əmin olmadıqca, heç bir razılaşmanı təsdiqləməyəcəyik.”
Qalibaf çıxışının sonunda bu strategiyanın təminatı canı bahasına olsa belə davam etdirəcəyini vurğulayaraq deyib: “Allahın lütfü, hərbi qüvvələrimizin və əziz xalqımızın müqaviməti, həmçinin rəhbərlərin və məmurların xalqın iqtisadi və yaşayış problemlərini azaltmaq üçün göstərdikləri səylərlə əminəm ki, bu böyük müharibədən qələbə ilə çıxacağıq. Şəhid İmamımızın ömrünün son həftələrində buyurduğu kimi: “Çox yaxın zamanda Allah, qələbə hissini bütün İran xalqının qəlbinə yerləşdirəcək. İnşallah.”
Sizin rəyiniz