26 may 2026 - 18:22
Source: IRNA
İran İslam Respublikasının XİN-i ABŞ-ın atəşkəsi pozmasına sərt reaksiya verdi: Heç bir təxribat cavabsız qalmayacaq

İİR XİN-i: ABŞ-nin terrorçu ordusu 2026-cı ilin 8 aprel tarixində elan olunan atəşkəsdən sonra qanunsuz və əsassız hərəkətlərini davam etdirib, xüsusilə İranın ticarət gəmilərinə qarşı dəfələrlə dəniz quldurluğu həyata keçirib və son 48 saat ərzində Hörmüzqan bölgəsində atəşkəsi kobud şəkildə pozub.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ tərəfindən növbəti dəfə törədilən təcavüzkar addımları və atəşkəsin pozulmasını pisləyən bəyanat verib

Bu bəyanatda İİR XİN-i belə yazıb: ABŞ-nin terrorçu ordusu 2026-cı ilin 8 aprel tarixində elan olunan atəşkəsdən sonra qanunsuz və əsassız hərəkətlərini davam etdirib, xüsusilə İranın ticarət gəmilərinə qarşı dəfələrlə dəniz quldurluğu həyata keçirib və son 48 saat ərzində Hörmüzqan bölgəsində atəşkəsi kobud şəkildə pozub.

Qeyd olunub ki, bu təcavüzkar addımlar Pakistanın vasitəçiliyi ilə davam edən diplomatik proseslə eyni vaxta təsadüf edib və ABŞ hakimiyyətinin pis niyyətini və öhdəliklərə sadiq qalmadığını İran xalqına, region xalqlarına və beynəlxalq ictimaiyyətə bir daha nümayiş etdirib. Bəyanatda vurğulanıb ki, İran xalqının həm meydanda, həm xiyabanda, həm də diplomatiya sahəsində ABŞ rejiminə qarşı dərin etimadsızlığı məhz bu rejimin İran xalqına qarşı düşmənçilik və cinayətkar mahiyyətindən qaynaqlanır.

İran Xarici İşlər Nazirliyi bu təcavüzkar addımların BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin, eləcə də 2026-cı ilin 8 aprel tarixli atəşkəs razılaşmasının açıq şəkildə pozulması olduğunu vurğulayaraq, onları qətiyyətlə pisləyib və bütün nəticələrə görə məsuliyyətin ABŞ rejiminin üzərinə düşdüyünü bildirib.

Bəyanatda qeyd olunub ki, İran İslam Respublikası heç bir təxribatı cavabsız qoymayacaq və İranın milli təhlükəsizliyi və ərazi bütövlüyünün müdafiəsində ən kiçik tərəddüd göstərməyəcək.

Sizin rəyiniz

You are replying to: .
captcha