Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının möhtərəm Prezidenti, Cənab Məsud Pezeşkian İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin bir qrup komandiri və rəhbəri ilə görüş keçirib.
Cənab Prezident görüş zamanı son müharibədə silahlı qüvvələrin göstərdiyi fədakarlıq, şücaət və əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, onların ölkənin çəkindirmə gücü və müdafiə qüdrətinin möhkəmləndirilməsində oynadığı rolu xüsusi vurğulayaraq deyib: Düşmən heç vaxt İran İslam Respublikasının silahlı qüvvələrinin bu səviyyədə hücum potensialına, əməliyyat qabiliyyətinə və strateji hazırlığa malik olacağını təsəvvür etmirdi.
O bildirib ki, düşmənin üzləşdiyi bu gözlənilməz vəziyyətin mühüm hissəsi ölkə mütəxəssisləri və komandirlərinin müdafiə imkanlarının, eləcə də strateji avadanlıqların inkişafı və müasirləşdirilməsi istiqamətində illərlə apardığı ardıcıl fəaliyyətin, dəqiq hesablanmış proqramların və fasiləsiz irəliləyişin nəticəsidir.
Məsud Pezeşkian vurğulayıb: Müdafiə qüdrətinin əsas dayağını avadanlıqlar, raketlər və hərbi sistemlərdən əvvəl insan amili təşkil edir. Əgər insan resursları rahatlıq, sosial rifah və zəruri dəstəklə təmin olunmasa, ən müasir müdafiə vasitələri belə lazımi səmərəliliyi göstərə bilməz.
Sizin rəyiniz