26 may 2026 - 17:56
Source: IRNA
Braziliyalı fəallar Beynəlxalq Sumud Donanmasında İsrail hərbçilərinin zorakılığını ifşa etdilər

Beynəlxalq Sumud Donanmasının braziliyalı fəalları Braziliyaya qayıtdıqdan sonra bildiriblər ki, Qəzza zolağı istiqamətində hərəkət edən humanitar gəminin İsrail tərəfindən saxlanılmasından sonra İsrail hərbçiləri tərəfindən döyülməyə məruz qalıblar və bəzi hallarda seksual zorakılıq daxil olmaqla təhqiramiz rəftarın şahidi olublar.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA-nın EFE agentliyinə istinadən yaydığı xəbərə görə, fəallar bazar günü San-Paulu şəhərindəki Quarulhos Beynəlxalq Hava Limanına (Guarulhos) çatdıqdan sonra mətbuat konfransı keçirərək saxlanılma zamanı baş verənlərlə bağlı açıqlamalar veriblər.

Donanmanın üzvü, pediatriya həkimi Kassio Peleqrini bildirib ki, saxlanılan şəxslər həbs müddətində İsrail qüvvələri tərəfindən “seksual zorakılığa məruz qalma halları” ilə üzləşiblər.

O, İsrailin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir tərəfindən yayılan videolara istinad edərək qeyd edib ki, həmin görüntülər yalnız baş verən alçaldıcı rəftarın kiçik bir hissəsini əks etdirir və hətta həmin videolarda da saxlanılanlara qarşı pis rəftarın izləri görünür.

Məlumata görə, həmin videoların yayılmasından sonra Braziliya hökuməti İsrailin Braziliyadakı müvəqqəti işlər vəkilini çağıraraq fəallara qarşı “alçaldıcı və təhqiramiz rəftar”la bağlı izahat tələb edib.

Sizin rəyiniz

You are replying to: .
captcha