Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA-nın EFE agentliyinə istinadən yaydığı xəbərə görə, fəallar bazar günü San-Paulu şəhərindəki Quarulhos Beynəlxalq Hava Limanına (Guarulhos) çatdıqdan sonra mətbuat konfransı keçirərək saxlanılma zamanı baş verənlərlə bağlı açıqlamalar veriblər.
Donanmanın üzvü, pediatriya həkimi Kassio Peleqrini bildirib ki, saxlanılan şəxslər həbs müddətində İsrail qüvvələri tərəfindən “seksual zorakılığa məruz qalma halları” ilə üzləşiblər.
O, İsrailin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir tərəfindən yayılan videolara istinad edərək qeyd edib ki, həmin görüntülər yalnız baş verən alçaldıcı rəftarın kiçik bir hissəsini əks etdirir və hətta həmin videolarda da saxlanılanlara qarşı pis rəftarın izləri görünür.
Məlumata görə, həmin videoların yayılmasından sonra Braziliya hökuməti İsrailin Braziliyadakı müvəqqəti işlər vəkilini çağıraraq fəallara qarşı “alçaldıcı və təhqiramiz rəftar”la bağlı izahat tələb edib.
Sizin rəyiniz