Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran Kəşfiyyat Nazirliyi ölkənin cənub-şərqində ABŞ-sionist düşmənə bağlı təkfirçi terrorçu şəbəkələrin dörd qrupunun məhv edildiyini açıqlayıb.
Kəşfiyyat Nazirliyinin bəyanatında bildirilir: “Əziz vətəndaşların nəzərinə çatdırılır ki, Sistan və Bəlucistan əyaləti Baş Kəşfiyyat İdarəsinin İmam Zamanın(ə.f) naməlum əsgərləri tərəfindən həyata keçirilən silsilə əlaqələndirilmiş əməliyyatlar nəticəsində ABŞ-sionist düşmənə bağlı dörd terrorçu qrupu müəyyən edilərək zərərsizləşdirilib və sionist düşmənin xüsusi xidmət orqanlarının və ya onlara bağlı terror qruplaşmalarının birbaşa rəhbərliyi altında fəaliyyət göstərən terrorçu-təkfirçi şəbəkələrin 19 muzdlusu terror və təxribat əməliyyatları həyata keçirməzdən əvvəl saxlanılıb.”
Bəyanatda əlavə olunur ki, saxlanılan muzdluların gizləndiyi məkanlardan və təhlükəsiz evlərindən xeyli miqdarda müxtəlif növ yüngül və yarımağır döyüş silahları, o cümlədən bir ədəd “DŞK” pulemyotu, iki ədəd RPG-7 qumbaraatanı və onlara aid 7 raket, bir ədəd ABŞ istehsalı M4 silahı, 5 ədəd “Kalaşnikov” avtomatı, 6 ədəd tapança, qeyd olunan silahlara aid külli miqdarda sursat və patron, iki hərbi durbin, yoxlama-keçid məntəqəsi lövhəsi, mayner cihazları və müxtəlif növ soyuq silahlar aşkarlanaraq müsadirə edilib.
Sizin rəyiniz