Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Məsud Pezeşkian “X” sosial şəbəkəsində ingilis dilində yazıb: “Asiyanın ən qədim canlı varlığı olan və ən azı 4500 il yaşı olan Əbərkuh sərvi, hələ o zaman da İran adlanan torpaqda kök salıb.”
Qeyd edək ki, Əbərkuh sərvinə Azərbaycanda Əbərkuh sidri deyilir və bu ağac İranın Yəzd ostanının Əbərkuh şəhərində yerləşir. Həmişəyaşıl Əbərkuh sərvi İranın Mədəni Miras, Əl işləri və Turizm Təşkilatı tərəfindən bir milli təbii abidə kimi mühafizə olunur. Ağac, 25 m hündürlüyü və 18 m dövrəsi ilə böyük turist cəlb edicidir. 4500-dən yuxarı yaşı olan Əbərkuh sərvi Asiyada ən qədim canlı varlığı sayılır. China daily-nin dünyanın 10 ən qoca ağacları sıralamasına görə, Əbərkuh sidri dünyada ikinci ən qocaman ağacdır.

Sizin rəyiniz