16 may 2026 - 10:51
Source: IRNA
Əraqçi: Təhlükəsizlik Şurasının islahı seçim deyil, BMT-nin yaşaması üçün zərurətdir

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi keçirilən konfransda  bildirib ki, bu gün sanksiyalar diplomatik vasitələrdən iqtisadi müharibə və inkişaf etməkdə olan, müstəqil cəmiyyətlərə təzyiq silahına çevrilib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Hindistanda səfərdə olan İran İslam Respublikasının Xarici işlər naziri Yeni Dehlidə cümə axşamı, mayın 15-də BRİKS-ə üzv ölkələrin xarici işlər nazirlərinin “Qlobal nizamın yenidən qurulması; beynəlxalq idarəçiliyin islahı və çoxtərəfliliyin bərpasının zərurəti” mövzusunda keçirilən ikinci iclasında çıxış edib.

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi keçirilən konfransda  bildirib ki, bu gün sanksiyalar diplomatik vasitələrdən iqtisadi müharibə və inkişaf etməkdə olan, müstəqil cəmiyyətlərə təzyiq silahına çevrilib.

O deyib: Mövcud siyasi sistem yenidən nəzərdən keçirilməlidir. Hazırda Təhlükəsizlik Şurası səmərəsizliyin və tarazsızlığın bariz simvoludur. Bu şuranın səmərəsizliyinin açıq nümunəsi ABŞ və sionist rejimin İran İslam Respublikasına qarşı təcavüzkar və icbari müharibəsi qarşısında susqunluq göstərməsidir.

Onun çıxışının bir hissəsi belədir:

“Bu gün dünya sonsuz müharibələr dövrünə, açıq zorakılığa və ifrat birtərəfliliyə qayıdışın şahididir. Sülh, azadlıq, insanların hüquq və ləyaqətinə hörmət idealları öz rəngini itirib, onların yerini soyqırımı, talan və təcavüzlə fəxr etmək tutub. Güclü təcavüzkarlar tərəfindən beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq və BMT Nizamnaməsinin tətbiqi müharibə və işğalçılığı əsaslandırmaq üçün işlədilən boş və yalançı ifadələrə endirilib. Beynəlxalq təşkilatların əksəriyyəti, xüsusilə BMT, birtərəfli zorakılıq qarşısında qanunun gücünü məhdudlaşdırıb.

Belə şəraitdə BRİKS-in üzərində qurulduğu və onda təcəssüm tapan Qlobal Cənubun çoxtərəflilik idealı beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və qlobal idarəçiliyə hörmət baxımından hər zamankından daha zəruri və həyati əhəmiyyət daşıyır. BRİKS üzvləri özlərini bu Nizamnamənin prinsiplərinin icrasına və müdafiəsinə sadiq hesab edirlər.

Bu səbəbdən İran İslam Respublikası beynəlxalq təşkilatlarda, xüsusilə BMT Təhlükəsizlik Şurasında əsaslı islahatların aparılması zərurətini vurğulayır. Bizim nəzərdə tutduğumuz islahatlar sadəcə adların və ya üzvlük tərkibinin dəyişdirilməsi deyil, “hakimiyyətin ədalətli bölgüsü” üçün islahatlardır. Biz elə bir nizam istəyirik ki, orada:

• Ədalət gücün yerini tutsun.

• Milli suverenlik əsas prinsip olsun.

• Bütün insanların hüquqlarına hörmət edilsin.

• Mədəni və siyasi müxtəliflik qəbul olunsun.

Təhlükəsizlik Şurasının islahı seçim deyil, BMT-nin yaşaması üçün zərurətdir. Biz dünyanın bütün qitə və regionlarını real şəkildə təmsil edən bir şura istəyirik; elə bir şura ki, orada güc məsuliyyət və ədalətlə bölüşdürülsün, yalnız bəzi sui-istifadəçi və təcavüzkar güclərin maraqlarına xidmət etməsin.

Təhlükəsizlik Şurası səmərəsizliyin və tarazsızlığın bariz simvoludur. Bu şuranın səmərəsizliyinin açıq nümunəsi ABŞ və sionist rejimin İran İslam Respublikasına qarşı təcavüzkar və məcburi müharibəsi qarşısında susqunluğudur.

Artıq “böhranların idarə olunması”ndan “strukturun idarə olunması”na keçməyin vaxtıdır. Biz elə bir nizama ehtiyac duyuruq ki, orada sülh ədalətin məhsulu, sabitlik isə hamının iştirakının nəticəsi olsun. Gəlin, qlobal idarəçiliyin yenidən qurulması və çoxtərəfliliyin nüfuzunun bərpası üçün BRİKS-in imkanlarından istifadə edək.”

Sizin rəyiniz

You are replying to: .
captcha