Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici işlər naziri Hindistanda keçirilən BRICS iclasında BƏƏ rəsmilərinin yalan iddialarına cavabla bağlı da bildirib: “İclasda iştirak edən hər kəs üçün təəccüblü idi ki, BƏƏ nümayəndə heyətinin müharibə və İranın həmin ölkə ərazisində ABŞ-yə verdiyi cavablarla bağlı məsələni qaldırmaqdan başqa mövzusu yox idi. Bu, təəssüf doğurur və mən məcbur oldum orada iclas və BRICS üzvü olan bütün ölkələr üçün tam şəkildə izah edim ki, biz bu məsələləri gündəmə gətirməsək də, hər şeyin bir həddi var. BƏƏ bu müharibədə ABŞ-nin yanında olub və məzlum obrazı yaradıb bizim ərazimizə hücum olunub deyə bilməz.”
Əraqçi vurğulayıb: “Dəqiq məlumatlar, ABŞ rəsmilərinin etirafları və tam aydın sənədlər mövcuddur ki, BƏƏ bu təcavüzdə öz bazalarını ABŞ-nin ixtiyarına verib ki, İrana qarşı əməliyyatlar həyata keçirsinlər, öz hava məkanını və ərazisini onların istifadəsinə açıb, digər bazalarını da təhvil verib və ABŞ qüvvələrinə xidmət göstərib.”
Diplomatiya aparatının rəhbəri bu müsahibənin sonunda vurğulayıb: “Biz və BƏƏ qonşuyuq, keçmişdə birlikdə yaşamışıq və gələcəkdə də yanaşı yaşamalıyıq. Buna görə də onlar baxışlarını dəyişməli və təhlükəsizliyi xarici ölkələrlə əməkdaşlıqda deyil, bir-biri ilə əməkdaşlıqda görməlidirlər.”
Əraqçi vurğulayıb: “Mənim fikrimcə, çox diqqətçəkən və diqqət yetirməli olduğumuz məqam budur ki, indi bütün ölkələr etiraf edir ki, İran İslam Respublikası bu müharibənin qalibi olub, düşmənlərin məqsədlərinə çatmasının qarşısını ala bilib və öz iradəsini qəbul etdirib. Bundan sonra İrana başqa cür baxılmalıdır; regionda özünü böyük güclərlə qarşıdurma qabiliyyətinə malik bir güc və oyunçu kimi təsbit etməyi bacaran İslam Respublikasına.”
“Bunu bütün nümayəndə heyətlərinin çıxışlarında tam şəkildə görmək mümkündür. Mənim görüşdüyüm bütün şəxslər və BRICS iclasında çıxış edənlərin hamısı öz sözlərində bu məfhumu bir şəkildə açıq ifadə etdilər ki, regionun gələcəyi, bölgədə sülh və sabitlik üçün hər halda yeni baxış və yeni düşüncə olmalıdır və bu müharibədən sonra üzə çıxmış reallıqlar nəzərə alınmalıdır.”
Sizin rəyiniz