9 may 2026 - 22:18
Source: IRNA
Nəbih Berri: Əraqçi bizə təminat verdi ki, Livan İran-ABŞ arasındakı atəşkəs razılaşmasının bir hissəsidir

Livan parlamentinin sədri bildirib ki, İranın xarici işlər naziri Livan tərəfinə əminlik verib ki, Livan ABŞ ilə əldə olunacaq hər hansı atəşkəs razılaşmasının bir hissəsi olacaq.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livan parlamentinin sədri Nəbih Berri çıxışında vurğulayıb ki, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bizə təminat verdi ki, Livan Vaşinqtonla əldə olunacaq istənilən atəşkəs razılaşmasının tərkib hissəsidir.

O, sionist rejimin Livanda atəşkəsi dəfələrlə pozmasına işarə edərək deyib: Livanın İsraillə bağlayacağı hər hansı razılaşma zəmanət tələb edir. Çünki İsrail öz öhdəliklərinə sadiq qalmır.

Sizin rəyiniz

You are replying to: .
captcha