Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası müharibəyə son qoyulması istiqamətində səylər əsasında öz danışıqlar planını Pakistana təqdim etdiyini açıqlayıb.
İRNA-nın xarici siyasət müxbirinin məlumatına görə, İran İslam Respublikası ən son danışıqlar planının mətnini cümə axşamı, 30 aprel axşamı ABŞ-lə danışıqlarda vasitəçi kimi çıxış edən Pakistana təhvil verib.
Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ötən axşam televiziya müsahibəsində vurğulayıb ki, ABŞ-lə danışıqlarda müharibənin başa çatdırılması və davamlı sülh Tehranın prioritetidir.
Sizin rəyiniz