3 may 2026 - 18:18
Source: IRNA
İran ən son danışıqlar planının mətnini Pakistanlı vasitəçiyə təqdim edib

İran İslam Respublikası ən son danışıqlar planının mətnini cümə axşamı, 30 aprel axşamı ABŞ-lə danışıqlarda vasitəçi kimi çıxış edən Pakistana təhvil verib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası müharibəyə son qoyulması istiqamətində səylər əsasında öz danışıqlar planını Pakistana təqdim etdiyini açıqlayıb.

İRNA-nın xarici siyasət müxbirinin məlumatına görə, İran İslam Respublikası ən son danışıqlar planının mətnini cümə axşamı, 30 aprel axşamı ABŞ-lə danışıqlarda vasitəçi kimi çıxış edən Pakistana təhvil verib.

Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ötən axşam televiziya müsahibəsində vurğulayıb ki, ABŞ-lə danışıqlarda müharibənin başa çatdırılması və davamlı sülh Tehranın prioritetidir.

Sizin rəyiniz

You are replying to: .
captcha