Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist İsrail rejimində İvrit dilində çap olunan The Jerusalem Post bildirib: “Hizbullah hücumlarını dayandırmağın "sehrli yolu" yoxdur və biz Livanın cənubunda strateji tələ ilə üzləşirik.”
Yəhudi mediası xəbər verib: “İsrail ordusu Hizbullahın pilotsuz təyyarə hücumlarını dayandırmaqda aciz qaldıqlarına etiraf edir.”
Bu arada, "Israel Hayom" qəzeti bildirib: “Livandakı vəziyyətlə bağlı İsrail ordusundakı məyusluq səviyyəsini görməzdən gəlmək çətindir. Hizbullahı diz çökdürmək üçün strateji pusqu planı İsrailə qarşı strateji pusquya çevrilib.”
Qəzet əlavə edərək bildirib: “Hər keçən gün şimaldakı döyüş bir daha "tarixin əvvəlki anlarının" acı reallığını xatırladır.”
"Israel Hayom" İsrail təhlükəsizlik rəsmisindən sitat gətirərək yazıb: "Biz Livanın cənubunda strateji tələ ilə üzləşirik; bizim üçün geri çəkilmək məğlubiyyət deməkdir və Tramp bizim irəliləməyimizə mane olur."
Sizin rəyiniz