Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Çin şənbə günü bəyan edib ki, İran neftinin alınması ilə bağlı ABŞ sanksiyalarını tanımır və onlara əməl etməyəcək.
Çinin Ticarət Nazirliyi bu gün (şənbə) bildirib ki, İran nefti aldığına görə bu ölkənin beş qurumuna qarşı tətbiq edilən ABŞ sanksiyalarına tabe olmayacaq.
Çin İran neftinin əsas müştərilərindən biridir və bu ölkənin müstəqil neft emalı zavodları İran neftinin idxalından asılıdır. Bu isə ABŞ-nin Tehrana təzyiqləri artırmaq məqsədilə İran nefti alıcılarına qarşı təzyiq göstərdiyi bir vaxtda baş verir.
Vaşinqton cümə günü daha bir Çin neft emalı zavodunu sanksiyalar siyahısına əlavə edib. Bununla bağlı Çinin Ticarət Nazirliyi bildirib ki, Çin qurumlarının üçüncü ölkələrlə iqtisadi fəaliyyətinin məhdudlaşdırılması beynəlxalq hüququn pozulması hesab olunur.
Sizin rəyiniz