Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İşğalçı İsrail rejiminin Qəzza zolağının cənubundakı Xan Yunisin şərqinə endirdiyi hava hücumu nəticəsində beş fələstinli şəhid olub, bir neçə nəfər yaralanıb.
Məlumata görə, işğalçı rejim Qəzza şəhərinin qərbində bir nəqliyyat vasitəsinə hava hücumu həyata keçirməklə bu dəhşətli hadisəni törədib. Bundan əvvəl Xan Yunisin şərqində baş verən başqa bir bombalamada isə günahsız bir körpə uşaq şəhid olub.
Qəzza zolağındakı Fələstin Səhiyyə Nazirliyi son 24 saat ərzində İsrail ordusunun hücumlarında yaralanan beş nəfərin də Qəzza xəstəxanalarına yerləşdirildiyini açıqlayıb.
Sizin rəyiniz