Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İrana rəsmi səfər çərçivəsində daxil olmuş Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Miryana Spolyarik Eqqer İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi ilə görüşərək danışıqlar aparıb.
Nazir müavini ABŞ və sionist rejimin İrana qarşı hərbi təcavüzü zamanı törətdiyi cinayətləri, o cümlədən yaşayış obyektləri, xəstəxanalar, məktəblər və digər mülki infrastruktur da daxil olmaqla 130 min qeyri-hərbi hədəfə hücumu, o cümlədən Minab məktəbinə qəsdən həyata keçirilmiş hücumu izah edərək, bu əməlləri müharibə cinayətləri və insanlığa qarşı cinayətlər kimi dəyərləndirib.
O bildirib: Əgər bu davranışlar Qərb və ABŞ-nin bəhs etdiyi və demokratiya, insan hüquqları və həyat tərzi adı altında digər ölkələrə tətbiq etməyə çalışdığı “sivilizasiyanı” göstərirsə, dünya xalqları bu “sivilizasiyaya” nifrət edir.
Qəribabadi bəzi region ölkələrinin öz ərazilərini, imkanlarını və bu ölkələrdə yerləşən hərbi obyektləri təqdim etməklə İrana qarşı hərbi təcavüzü dəstəklədiyini qeyd edərək bildirib: Bu cür dəstək faktlarla sübuta yetirildiyindən, bəzi qonşu dövlətləri neytral hesab etmək mümkün deyil və onlar hüquqi baxımdan bu təcavüzün bir hissəsi sayılır. Bu səbəbdən İran həmin ölkələrin ərazisindən həyata keçirilən hücumlara qarşı onları dəf etmək və qarşısını almaq məqsədilə mütənasib cavab verməyə məcbur olub.
O vurğulayıb: Təcavüzkar tərəflər – özlərinin də etiraf etdiyi kimi qətliamdan zövq alan və bununla fəxr edən qüvvələr – beynəlxalq humanitar hüquq normalarına riayət olunması ilə bağlı ciddi xəbərdarlığa ehtiyac duyurlar. İranın gördüyü bütün addımlar özünü və xalqını müdafiə etmək istiqamətində həyata keçirilib.
Sizin rəyiniz