Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranın BMT-dəki səfiri və daimi nümayəndəsi BMT Baş katibinə və Təhlükəsizlik Şurasına ünvanladığı məktubda bildirib: Beynəlxalq hüquqa əsasən, İran İslam Respublikasının ABŞ-nin həyasız hərəkətləri və piratçılığı ilə mübarizə aparmaq hüququ var.
İRNA-nın məlumatına görə, Əmir Səid İrəvani çərşənbə axşamı yerli vaxtla BMT Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda əlavə edib: İran İslam Respublikası bu təcavüzkarlıq və dövlət tərəfindən dəstəklənən piratçılığı ən sərt şəkildə pisləyir və qətiyyətlə rədd edir.
O bildirib: ABŞ bu qanunsuz hərəkətlərin bütün nəticələrinə, o cümlədən beynəlxalq naviqasiyaya, dəniz təhlükəsizliyinə, regional və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təsirlərinə görə tam və danılmaz beynəlxalq məsuliyyət daşıyır.
İrəvani vurğulayıb: Beynəlxalq hüquqa əsasən, İran İslam Respublikasının bu həyasız hərəkətlərə qarşı mübarizə aparmaq hüququ var.
Sizin rəyiniz