30 aprel 2026 - 16:38
Source: IRNA
İİR-ın BMT-ki Səfiri: İranın ABŞ-nin həyasız hərəkətləri və piratçılığı ilə mübarizə aparmaq hüququ var

İran İslam Respublikasının BMT-dəki rəsmi Səfiri cənab Əmir Səid İrəvani bildirib: Beynəlxalq Hüquqlara əsasən İranın ABŞ-nin həyasız hərəkətləri və piratçılığı ilə mübarizə aparmaq hüququ var

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranın BMT-dəki səfiri və daimi nümayəndəsi BMT Baş katibinə və Təhlükəsizlik Şurasına ünvanladığı məktubda bildirib: Beynəlxalq hüquqa əsasən, İran İslam Respublikasının ABŞ-nin həyasız hərəkətləri və piratçılığı ilə mübarizə aparmaq hüququ var.

İRNA-nın məlumatına görə, Əmir Səid İrəvani çərşənbə axşamı yerli vaxtla BMT Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda əlavə edib: İran İslam Respublikası bu təcavüzkarlıq və dövlət tərəfindən dəstəklənən piratçılığı ən sərt şəkildə pisləyir və qətiyyətlə rədd edir.

O bildirib: ABŞ bu qanunsuz hərəkətlərin bütün nəticələrinə, o cümlədən beynəlxalq naviqasiyaya, dəniz təhlükəsizliyinə, regional və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təsirlərinə görə tam və danılmaz beynəlxalq məsuliyyət daşıyır.

İrəvani vurğulayıb: Beynəlxalq hüquqa əsasən, İran İslam Respublikasının bu həyasız hərəkətlərə qarşı mübarizə aparmaq hüququ var.

Sizin rəyiniz

You are replying to: .
captcha