Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran Gömrük Komitəsinin sədri Fərud Əsgəri bildirib ki, Ərdəbil vilayətinin şimalında yerləşən sərhəd Biləsuvar Muğan gömrüyünə avtomobillərin buraxılışı üçün icazə verilib və İranla Azərbaycan Respublikası arasında sərhəd əməkdaşlığı qənaətbəxş səviyyədədir.
Əsgəri Biləsuvar Muğan gömrüyünə səfəri və rayon rəhbərləri ilə görüşü zamanı qeyd edib: Bu gömrük ölkənin strateji keçid məntəqələrindən biridir və son inkişaflar, eləcə də bu rayonda azad iqtisadi zonanın mövcudluğu onun inkişaf potensialını artırır.
O, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında sərhəd əməkdaşlığına toxunaraq bildirib: Hətta müharibə şəraitində belə qonşu ölkələrlə heç bir problem yaşanmayıb, əksinə, real dəstək və yaxşı əməkdaşlıq müşahidə olunub.
Əsgəri əlavə edib: Müharibənin ilk günlərində müəyyən qısamüddətli çətinliklər olsa da, qısa müddətdə aradan qaldırılıb və bu sərhəddə nəinki keçid azalmayıb, əksinə, həmin günlərdə Azərbaycan Respublikası qəbul imkanlarının artırılmasına kömək edib ki, bu da təqdirəlayiqdir.
Sizin rəyiniz