Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Şiələrin yeddinci İmamı, Həzrət İmam Musa Kazımın (əleyhi səlam) şəhadətindən sonra Mədinə xalqı Ümmü Əhmədin – Həzrət Şahçıraq Əhməd ibn Musanın (əleyhimus səlam) anasının evinin qarşısında toplaşaraq, onu özləri ilə Məscidə apardılar. Çünki onun yüksək şəxsiyyətini və məqamını nəzərə alaraq, İmam Musa Kazımın (əleyhi səlam) şəhadətindən sonra oğlu Əhmədin haqq İmam və Xəlifə olduğunu güman edirdilər.
Bu səbəblə onunla İmamətə beyət etdilər və o da Mədinə xalqından beyət aldı. Sonra minbərə qalxaraq, çox fəsih və bəlağətli bir xütbə oxudu və buyurdu:
"Hazırda hamınız mənimlə beyət etdiyiniz kimi, mən də öz növbəmdə qardaşım Əli ibn Musanın (əleyhiməs səlam) beyətindəyəm. Bilin ki, atamdan sonra qardaşım 'Əli' haqq İmam, Xəlifə və Allahın Vəlisidir. Allah və Onun Rəsulu tərəfindən həm mənim, həm də sizin üzərinizə vacibdir ki, o böyük şəxsiyyətin əmrinə itaət edək və buyurduqları hər şeyə boyun əyək."
Sonra qardaşı Əlinin (əleyhi səlam) fəzilətlərindən və yüksək məqamından bir qədər bəhs etdi; elə ki, bütün iştirakçılar o həzrətin sözünə tabe oldular.
Bundan sonra o, əvvəlcə öz beyətini xalqdan geri aldı, sonra iştirakçılarla birlikdə Əhməd ibn Musa (əleyhi səlam) Həzrət Əli ibn Musanın (əleyhimə səlam) evinə gələrək, onun İmamət, vəsiyyət və İmam Musa ibn Cəfər (əleyhiməs səlam) canişinliyi məqamına beyət etdilər.
Sizin rəyiniz