24 aprel 2026 - 13:32
Source: IRNA
Yəhudilər 700-dən çox fələstinli qadın saxlayıb: Cinsi zorakılıq, işgəncə və tibbi xidmətdən məhrumetmə barədə hesabatlar

Yəhudilər 700-dən çox fələstinli qadın saxlayıb: Cinsi zorakılıq, işgəncə və tibbi xidmətdən məhrumetmə barədə hesabatlar

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fələstinli Əsirlər Klubu 2026-cı ilin aprel ayına olan son hesabatında bildirib ki, 7 oktyabr 2023-cü il tarixində müharibənin başlamasından bəri 700-dən çox fələstinli qadın sionist rejimin qüvvələri tərəfindən saxlanılıb.

Eyni zamanda, sionist rejimin həbsxanalarında, xüsusilə "Damon" həbsxanasında saxlanılan qadınların sayı artaraq 2026-cı ilın aprel ayında təxminən 90 nəfərə çatıb.

Hesabatda qadın məhbusların insan hüquqlarının çoxsaylı pozulması halları sənədləşdirilib. Fələstinli Əsirlər Klubunun məlumatına görə, bu qadınlar fiziki zorakılıq (döyülmə), təhqiredici axtarışlar, cinsi zorakılıq və hədə-qorxu kimi rəftarlara məruz qalırlar.

Sizin rəyiniz

You are replying to: .
captcha