Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Xəbər-analitik platforma Axios hesabatında etiraf edir ki, hətta İranla müharibə bu anda bitsə və Hörmüz boğazı yenidən açılsa belə, qlobal enerji böhranı o qədər uzanıb ki, onun dərin mənfi təsirləri uzun müddət ərzində bütün dünyada hiss olunacaq.
Müharibənin təsiri ilə bağlı gələcək perspektivə dair qiymətləndirmələr də bunu təsdiqləyir. BMT dünya iqtisadi artımının 2025-ci ildə 2,9%-dən cari ildə 2,6%-ə enəcəyini gözləyir; bu proqnoz isə münaqişələrin daha da şiddətlənməsi ehtimalı nəzərə alınmadan hazırlanıb.
Təhlilə görə, məsələ təkcə enerji ilə məhdudlaşmır; məsələn, gübrə istehsalı və digər sahələr üçün lazım olan məhsullar da bu regiondan keçirdi, lakin hazırda bu axın da dayanıb.
Hesabatın müəllifi Ben Geman qeyd edir ki, mövcud təhlükə səviyyəsinə görə ən böyük zərbəni inkişaf etməkdə olan ölkələr alacaq; lakin Avropa da bu boğazdan asılıdır və hətta ABŞ belə qlobal neft bazarı ilə sıx bağlı olaraq qalır.
ABNA
Sizin rəyiniz