Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının müşaviri General Rza Məhdian bildirib: Bu gün hava sahəsində düşmənin səması bizim silahlı qüvvələrin nəzarətindədir və düşmən yalvarış vəziyyətinə düşüb, çünki İran övladları ən mürəkkəb ssenariləri məşq ediblər.
O, son illərdə düşmənlərin ölkənin təhlükəsizliyini pozmaq üçün mürəkkəb planlar hazırladığına işarə edərək vurğulayıb: Düşmən harada ölkələri sarsıtmaq istəyibsə, qorxaq planlar irəli sürüb. Lakin biz bu planları darmadağın etdik və bu gün düşmən regiondan qaçmaqdadır.
O, “Ramazan müharibəsi” üçün düşmənin planlaşdırdığı süni intellektin roluna toxunaraq bildirib: Küçə iğtişaşlarının görüntüləri süni intellekt vasitəsilə manipulyasiya edilib və Netanyahu qumarbaz Trampı inandırıb ki, İran legitimliyini itirib və müharibəyə başlamaq lazımdır. Onun sözlərinə görə, Trampın müşavirləri və ailə üzvləri – ki, qatı sionist şəxslərdəndir – Epşteyn adasından videolar hazırlayaraq onu müharibəyə təşviq ediblər.
Sizin rəyiniz