Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ Prezidenti Donald Tramp bu gün, şənbə günü bir video yayımlayaraq İrana qarşı genişmiqyaslı hərbi hücumların başladıldığını elan etdi.
Tramp İslam Respublikasına qarşı bu hücumlara bəraət qazandıraraq belə iddia etdi:
"Birləşmiş Ştatlar ordusu Amerikanı və milli təhlükəsizliyin əsas maraqlarını hədələyən təhlükələrin qarşısını almaq üçün nəhəng və davamlı bir əməliyyat həyata keçirir."
ABŞ Prezidenti iddia etdi: "Biz onların raketlərini məhv etmək və raket sənayesini yerlə-yeksan etmək niyyətindəyik."
O, həmçinin iddia etdi ki, İran iyun ayında nüvə obyektlərinin ABŞ tərəfindən bombalanmasından sonra öz nüvə proqramını yenidən bərpa etməkdədir.
Sizin rəyiniz