28 fevral 2026 - 19:35
Source: IRNA
ABŞ öz qəbrini qazdı \ Tramp: İrana qarşı genişmiqyaslı hərbi hücumlar başlatdıq

ABŞ-ın bambılı prezidenti: "Biz onların raketlərini məhv etmək və raket sənayesini yerlə-yeksan etmək niyyətindəyik."

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ Prezidenti Donald Tramp bu gün, şənbə günü bir video yayımlayaraq İrana qarşı genişmiqyaslı hərbi hücumların başladıldığını elan etdi.

Tramp İslam Respublikasına qarşı bu hücumlara bəraət qazandıraraq belə iddia etdi:

"Birləşmiş Ştatlar ordusu Amerikanı və milli təhlükəsizliyin əsas maraqlarını hədələyən təhlükələrin qarşısını almaq üçün nəhəng və davamlı bir əməliyyat həyata keçirir."

ABŞ Prezidenti iddia etdi: "Biz onların raketlərini məhv etmək və raket sənayesini yerlə-yeksan etmək niyyətindəyik."

O, həmçinin iddia etdi ki, İran iyun ayında nüvə obyektlərinin ABŞ tərəfindən bombalanmasından sonra öz nüvə proqramını yenidən bərpa etməkdədir.

Sizin rəyiniz

You are replying to: .
captcha