Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Mədəni və tarixi ortaqlıqları vurğulayan Prezident, Livanın İran İslam Respublikasının xarici və regional siyasətindəki mövqeyinin və regional sülh və sabitliyin möhkəmləndirilməsindəki rolunun əhəmiyyətini vurğuladı.
İki xalq arasındakı dərin emosional və tarixi əlaqələrə toxunan Pezeşkian bildirdi: İran-Livan münasibətləri sadəcə siyasi münasibətlər deyil, həm də iki xalq arasında mədəni, ideoloji ortaqlıqlara və səmimi bağlara əsaslanır; bu bağ iki ölkə xalqlarının bir-birinin kədərini və sevincini bölüşməsinə səbəb olub.
Səmimi arzumuz budur ki, Livan xalqı sülh, sabitlik və əmin-amanlıq içində yaşasın və sionist rejimin təhdidlərindən və sui-qəsdlərindən amanda qalsın.
Sizin rəyiniz