18 fevral 2026 - 20:04
Source: IRNA
ABŞ Vitse-prezidenti: İranla danışıqlar bəzi aspektlərdə yaxşı keçdi

ABŞ Vitse-prezidenti: İranla danışıqlar bəzi aspektlərdə yaxşı keçdi

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ-nin vitse-prezidenti J. D. Vens İsveçrənin Cenevrə şəhərində Tehran və Vaşinqton arasında dolayı danışıqlardan sonra bildirib: İranla danışıqlar bəzi aspektlərdə yaxşı keçdi.

ABŞ-nin vitse-prezidenti Fox News kanalında əlavə edib ki, Tramp İranla həll yoluna çatmaq istəyir.

Vens bəzi aspektlərdə görüşün yaxşı keçdiyini və daha sonra yenidən görüşməyə razı olduqlarını bildirərək Vaşinqtonun iddialarını və şişirtmələrini təkrarlayaraq deyib: Lakin digər aspektlərdə prezidentin iranlıların hələ də qəbul etməyə və həll prosesinə girməyə hazır olmadığı bəzi qırmızı xətləri müəyyən etdiyi olduqca aydın idi.

Sizin rəyiniz

You are replying to: .
captcha