Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bu gün səhər Təbriz və Şərqi Azərbaycandan olan minlərlə insanla şövglü görüşdə İslam İnqilabının Ali Rəhbəri bu ili qəribə və hadisəli bir il adlandırdı və "millətin 12 günlük müharibədə qələbəsini", "Dey ayının mühüm və ağır fitnəsinin dəfn edilməsini" və "xalqın 22 Dey və 22 Bəhmən aylarındakı iki təəccübləndirici yürüşündəki şanlı iştirakını" əziz İran millətinin iqtidar və canlı olduqlarının əlamətləri hesab etdi.
İmam Xamenei həzrətləri, daha sonra "hazırlıqlı vəziyyətdə olmağın, ayıq-sayıqlığın və milli birliyin" qorunub saxlanılmasını və gücləndirilməsini vurğulayaraq əlavə etdilər: " Biz, düşmənlərlə əlaqəli liderlər və fəsad törədən elementlər istisna olmaqla, iğtişaşlardakı bütün şəhidləri, qurbanları, o cümlədən "cəmiyyətin təhlükəsizliyini və dincliyini qoruyan qüvvələri", "günahsız yoldan keçənləri" və hətta "sadəlik və qəzəb üzündən fitnəyə qoşulanları" öz övladlarımız hesab edirik və hamısı üçün yas tuturuq. Biz əzadarıq.
Ayətullah Xamenei hökumətin problemlərin həlli, inflyasiyanın qarşısının alınması və milli valyutanın dəyərini qorumaq üçün göstərdiyi səylərini ikiqat artırmalı olduğunu vurğuladı və çıxışının digər bir hissəsində Amerika rəsmilərinin və mediasının İrana hücumla bağlı lazımsız müdaxilələrinə və həyasız təhdidlərinə toxunaraq dedi: Onlar özləri də bu sözlərin üstündə durmağa və müharibəyə dözə bilmədiklərini bilirlər. Çünki, "özünü dünyanın ən güclü ordusu hesab edən bir ordu" qulağının dibinə elə güclü bir şillə ala bilər ki, yerindən qalxa bilməsin; Bu arada, təhlükə ilə mübarizə aparmaq üçün məsul olan qurumlar hər an hazır vəziyyətdədir, Xalq isə sülh və inamla öz işi və həyatı ilə məşğul olmalıdır.
Təbriz xalqının 29 Bəhmən 1356-cı ildəki qətiyyətli qiyamının ildönümü ərəfəsində keçirilən bu görüşdə İmam Xamenei həzrətləri "vaxtı tanımaq, vaxtında hərəkət etmək və fədakarlıq"ı həmin qiyamın xüsusiyyətlərindən biri hesab etdilər və müxtəlif meydanlarda gənc nəslin sevincli iştirakını qeyd edərək dedilər: Təbriz xalqının 22 Bəhmən yürüşündə ikiqat iştirakı göstərdi ki, Təbriz xalqı, İran xalqının qalan hissəsi kimi, canlı və gümrahdır və belə bir xalq heç vaxt düşmənin siyasi oyunlarına və hiylələrinə aldanmayacaq.
İnqilab Rəhbəri bu ili İran xalqının "böyüklüyü, iradəsi, möhkəm qətiyyəti və digər imkanlarının" dəfələrlə aşkar edildiyi bir il kimi xarakterizə edərək əlavə etdi: Xalq, dəfələrlə güc və dözümlülük nümayiş etdirməsi ilə İranı qürurlandırıb və əziz edib və bu günlərdə xaricə səyahət edən rəsmilər həmin ölkələrin rəsmiləri ilə görüşərkən millətimizin xüsusi bir nüfuza malik olduğunu yaxşı hiss edirlər.
Həzrət Ayətullah Xamenei, Dey ayının fitnəsinin mahiyyətini və ölçülərini "düşüncə və təhlil əhli"nin dili ilə izah etməli olduğunu zəruri hesab edərək buyurdular: Baş verənlər bir neçə qəzəbli gənc və yaşlı insanın hərəkəti və iğtişaşları deyil, İran xalqının ayaqları altında əzilən "planlaşdırılmış çevriliş" idi.
Ayətullah Xamenei bu faktı izah edərək əlavə etdi: ABŞ və sionist rejimin kəşfiyyat və casusluq xidmətləri, bəzi digər ölkələrin kəşfiyyat xidmətlərinin köməyi ilə, öncədən şər insanları və ya keçmişi pisliklə dolu olanları cəlb etmiş, xaricdə təlim keçmiş, onlara pul və silah vermiş, hərbi və hökumət mərkəzlərinə təxribat və hücum etmək üçün evlərinə göndərmişlər ki, onlar da Dey ayının ortalarında lazımi vaxtda meydana daxil ola bilsinlər ki, Dey ayının ortalarında meydana atıldılar.
İnqilab Rəhbəri "təcrübəsiz və sadə insanlara təsir göstərməyi və onları qəzəbləndirməyi" fitnəkar liderlər və onların əməliyyat ünsürləri tərəfindən atılan daha bir addım hesab edərək dedi:
Təlim keçmiş elementlər bu cür şəxsləri irəli göndərdilər və onlar özləri müxtəlif silahlar və "zorakı və ehtiyatsız hərəkət" siyasəti ilə meydana girdilər və İŞİD kimi qəribə zorakılıqla "insana od vurub diri-diri yandırdılar, öldürdülər və məhv etdilər".
Ümüdünya Müsəlmanlarının AliLideri, bu tədbirlərin əsas məqsədinin İslam Hakimiyyəti sisteminin təməllərini sarsıtmaq olduğunu bildirərək qeyd etdi: Əlbəttə ki, təhlükəsizlik qüvvələri, Bəsic və SEPAH, eləcə də çox sayda insan iğtişaşçılara qarşı durdu və bütün bəhanələrə və böyük xərclərə baxmayaraq, "çevriliş" açıq şəkildə məğlub oldu və millət qalib gəldi.
Ayətullah Xamenei “22 Dey və 22 Bəhmən aylarındakı heyrətedici yürüşləri “İlahi əlamətlər” hesab edərək vurğuladılar: Düşmənin kin-küdurətini və məkirli planlarını bu şəkildə məğlub edə bilən əziz millət bu aydın İlahi uğuru “hazırlıq, sayıqlıq və milli birlik” ilə qorumalıdır.
İğtişaşlarda tökülən qanla bağlı əlavə edib: “Fitnə liderləri və çevrilişçilər arasında olan bəziləri cəhənnəmə vasil oldular ki, onların işi Allahla qalıb, amma biz ölən o digər üç qrupu da öz övladımız hesab edirik və hamısına yas tuturuq”.
O, birinci qrup itkiləri, yəni “təhlükəsizlik qüvvələri, Bəsic, Sepah və onları müşayiət edən insanları” cəmiyyətin və sistemin təhlükəsizliyi, sülhü və sağlamlığının ali şəhidləri adlandırdı və əlavə etdi: İkinci qrup itkiləri, yoldan keçənlər və günahsız insanlar da şəhiddirlər; çünki onlar düşmənin qurduğu fitnədə güllələnib və həyatlarını itiriblər.
İnqilab Rəhbəri daha sonra əlavə etdi: Üçüncü qrup qurbanlar “sadəcə aldadılmış və fitnəkarlara qoşulmuşlar”dır; Onlar da bizdəndirlər və övladlarımızdandırlar, biz də onlara yas tuturuq və bütün qurbanlar üçün Allahdan rəhmət və bağışlanma diləyirik.
İslam İnqilabının Ali Rəhbəri əlavə etdi: Həbs olunmayan və ya zindana düşməyən bu aldadılmış insanların bəziləri mənə peşman olduqlarını bildirərək bağışlanma dilədiklərini yazıblar.
Ayətullah Xamenei amerikalıların İŞİD-in yaranmasını etiraf etməsinə toxunaraq dedi: İŞİD az-çox yoxa çıxıb, amma bunlar "yeni İŞİD"dir və bütün rəsmilər və insanlar bu məsələdə diqqətli olmalıdırlar; xüsusən də gənclər kimin onlara nə dediyi və hansı təkliflər verdiyinə diqqət yetirməli və ayıq olmalıdırlar.
İnqilab Rəhbəri vurğuladı: Xalq fitnəkar iğtişaşçıların əsas qrupunun təqib olunmasını və cəzalandırılmasını tələb edir. Məhkəmə və təhlükəsizlik orqanları da onları cəzalandırmağa, düşmənə "sözlə, təhlillə və əməllə" yoldaşlıq edənlərlə isə ədalətli davranmağa borcludur.
İslam İnqilabınınAli Rəhbəri davam etdi: Çox güman ki, Amerikanın İslam Respublikası ilə bağlı növbəti planı da eyni üslubda və eyni hərəkətlərlə olacaq; əlbəttə ki, şübhəsiz ki, Allahın lütfü ilə, millətin hazırlığı və canlılığı nəzərə alınmaqla, hər hansı bir belə addım millətin qətiyyətli reaksiyası ilə məhv ediləcək.
İnqilab Rəhbəri çıxışının digər hissəsində Amerikanın çoxsaylı iqtisadi, siyasi və sosial problemlərini Amerika imperiyasının tənəzzülünün və yox olmasının əlamətləri kimi xarakterizə edərək dedi: Amerikanın bizimlə bağlı problemi İranı udmaq istəməsidir, lakin İran xalqı və İslam Respublikası onların məqsədlərinə çatmalarına mane olur.
O, ABŞ prezidentinin təhdid dolu sözlərini İran xalqına hakim olmaq istəklərinin göstəricisi hesab edərək əlavə etdi: İran xalqı İslam və Şiə dərslərini yaxşı bilir və nə vaxt nə edəcəyini çox yaxşı bilir.
Ayətullah Xamenei İmam Hüseynin (ə) “Mənim kimi birinin Yezid kimi birinə beyət etməyəcəy”inə dair tarixi bir açıqlamasına toxunaraq qeyd etdi: İran xalqı həmçinin deyir ki, bizim kimi bir millət, belə bir mədəniyyətə, tarixə və yüksək təhsilə malik olan bir millət, Amerikanı idarə edən fasiq və korrupsioner insanlar kimi birinə beyət etməyəcək.
O, "məşhur bədnam Epşteyn adası" məsələsində heyrətamiz fəsadın aşkarlanmasını Qərb sivilizasiyasının və liberal demokratiyanın reallığının əksi adlandıraraq əlavə etdi: Qərb liderlərinin fəsadı haqqında eşitdiklərimiz bir yana, bu adanın məsələsi də bir yana. Əlbəttə ki, bu, onların saysız-hesabsız fəsad işlərinin sadəcə bir nümunəsidir və bu məsələ öncə kiməsə aşkar deyildi, sonra aşkar oldu, daha çox şeylər var ki daha sonra aşkar olacaq.
İnqilab Rəhbəri ABŞ hökumət rəsmilərinin və ABŞ-da fəaliyyət göstərən sionist medianın ölkəmizə qarşı təbliğat və bəyanatlarındakı təhdid atmosferinə toxunaraq dedi: Siz, Təbriz xalqı və İran xalqı, 22 Bəhmən günü onların təhdidlərinə və cəfəngiyatlarına cavab verdiniz və bildirdiniz ki, təhdidlərin nəinki heç bir təsiri yoxdur, əksinə millətin motivasiyasını daha da gücləndirir.
Amerikalıların müharibə təhlükəsinə baxmayaraq, siyasi, iqtisadi və beynəlxalq nüfuz və etibarlılıq problemləri üzündən bu işin dööhdəsindən gələ bilmədiklərini anladıqlarını vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: Onlar çox yaxşı bilirlər ki, əgər səhv etsələr, onları nə gözləyir.
Ayətullah Xamenei fəsad və korrupsiyaya qurşanmış zalım Amerika imperiyasının süqutunun digər bir əlamətini onların irrasionallığı hesab edərək dedi: Onların irrasionallığının sübutu İran məsələlərinə, o cümlədən bizim vacib məsələlərimizdən biri olan silah məsələsinə müdaxilələridir.
O, "millətin çəkindirici silahlara sahib olmasını" zəruri və vacib adlandıraraq əlavə etdi: Qoruyucu silahı olmayan hər hansı bir ölkə düşmənlərinin ayaqları altında əziləcək, lakin amerikalılar silah məsələsinə müdaxilə etməklə filan növ və ya mənzilli raketlərə sahib olmamalısınız deyirlər. Bu məsələ İran xalqına aid olan məsələdir və onlarla heç bir əlaqəsi yoxdur.
İnqilab Rəhbəri ABŞ-ın İranın ölkə idarəçiliyi, tibbi, kənd təsərrüfatı və enerji məqsədləri üçün dinc nüvə sənayesindən istifadə etmək hüququna müdaxiləsini onların digər irrasional hərəkətlərindən biri hesab edərək amerikalılara müraciət etdi: Bu məsələ İran xalqı ilə bağlıdır. Bunun sizinlə nə əlaqəsi var?
Xalqın "nüvə enerjisi bizim ayrılmaz hüququmuzdur" şüarına toxunaraq İmam Xamenei həzrətləri dedi: Nüvə qurğularından və zənginləşdirmədən istifadə etmək hüququ Beynəlxalq Atom Enerjisi Agentliyinin müqavilə və qaydalarında bütün ölkələr üçün də tanınır və amerikalıların milli hüquqlara müdaxiləsi onların hazırkı və keçmiş rəsmilərinin qeyri-qanuni düşüncə tərzini əks etdirir.
Ayətullah Xamenei amerikalıların daha qəribə irrasionallığını danışıqlara dəvət kimi qiymətləndirdi və qeyd etdi: Onlar deyirlər ki, gəlin nüvə enerjisi barədə danışıqlar aparaq, amma danışıqların nəticəsi o olmalıdır ki, sizdə nüvə enerjisi olmamalıdır!
O, danışıqların baş tutacağı təqdirdə nəticənin əvvəlcədən müəyyənləşdirilməsinin səhv və axmaqlıq olduğunu vurğulayaraq əlavə etdi: Bu axmaq işi hökumət, prezident və bəzi ABŞ senatorları edir və onlar bu yolun onlar üçün bağlı olduğunu düşünmürlər.
ABŞ prezidentinin dünyanın ən güclü ordusuna sahib olmaq barədə dəfələrlə etdiyi təhdidlərinə toxunan İnqilab Rəhbəri vurğuladı: Hətta dünyanın ən güclü ordusuna belə bəzən elə şillə dəyə bilər ki, ayağa qalxa bilməz.
Amerikanın digər təhdidi və addımlarını, yəni İrana hərbi aviyadaşıyan gəmi göndərilməsi ilə bağlı Həzrət Ayətullah Xamenei buyurdu: Əlbəttə ki, gəmi təhlükəli bir cihazdır, amma daha təhlükəlisi isə gəmini dənizin dibinə çökdürə biləcək silahdır.
ABŞ prezidentinin inqilabdan 47 il keçməsinə baxmayaraq İslam Respublikasını məhv edə bilmədiyini etiraf etməsinə toxunan Ayətullah Xamenei vurğuladı: Bu, yaxşı bir etirafdır. Əlbəttə ki, mən sizin də bunu edə bilməyəcəyinizi deyirəm, çünki İslam Respublikası xalqdan ayrı bir hökumət deyil, əksinə, son 47 ildə tərəqqisi üçün çalışmış, səy göstərmiş və çox çalışmış canlı, möhkəm və güclü bir millətə güvənir.
O, inqilabın ilk günlərində düşmənin İslam Respublikasının nazik fidanını kökündən qoparmaqda aciz qaldığına toxunaraq əlavə etdi: Allaha şükürlər olsun ki, bu gün İslam Respublikası mübarək, hündür və bərəkətli bir ağac və bol imkanlara malik bir ölkədir. Əziz və hörmətli dövlət məmurları bu fürsətlərdən istifadə etməli və mövcud inflyasiyanı və milli valyutanın düşən dəyərini düzəltmək üçün səylərini ikiqat artırmalıdırlar. Çünki, həm infilyasiya həm də valyutamızın dəyərdən düşməsi məntiqsizdir. Ümid edirəm ki, Allahın iznilə bunlar düzələcəkdir.
İnqilab Rəhbəri başlanan işlərin bütün aspektlərini ciddi, diqqətlə və nəzərə alaraq davam etdirməyi, problemləri həll etməyi və biznes mühitini sakitləşdirməyi məmurların vəzifəsi olaraq qeyd etdi və bildirdi: Təhdid varsa, təhlükəni neytrallaşdıran sistemlər də mövcuddur. Ona görə də, insanlar narahat olmadan işlərini və həyatlarını, təhsillərini, bizneslərini və ticarətlərini davam etdirsinlər.
Sizin rəyiniz