Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qəbul etdiyi müdaxilə xarakterli və məsuliyyətsiz qətnaməsini pisləyən bəyanat yayıb. Bəyanatda bildirilir: İran İslam Respublikasının Silahlı Qüvvələrinə və asayiş keşikçilərinə qarşı yönəlmiş hər hansı qeyri-qanuni qərar və ya müdaxiləçi mövqe İranın adekvat cavab tədbirləri ilə qarşılanacaq.
Avropa Parlamentinin bir çox üzvü müxtəlif yollarla, o cümlədən qanunsuz sanksiyaların tətbiqini dəstəkləməklə, ABŞ-nin İrana qarşı qeyri-qanuni sanksiyalarına tabe olmaqla və sionist rejimin İrana qarşı hərbi təcavüz cinayətlərində iştirak etməklə iranlıların insan hüquqlarını kobud şəkildə pozduqlarına görə insan haqları mövzusunda nəsihət vermək üçün heç bir mənəvi ləyaqətləri yoxdur.
Avropa Parlamentinin və onun liderlərinin işğal olunmuş Fələstindəki soyqırıma qarşı nümayiş etdirdiyi təsdiqedici sükut ilə İran küçələrində törədilən cinayətlərə (terror aktlarına) göz yumması eyni sikkənin iki üzüdür" – deyə bəyanatda vurğulanır.
İran Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qətnaməsində ölkənin rəsmi şəxsləri və qanuni qurumları barəsində yer alan təhqiramiz ifadələrə görə nifrətini bildirərək bəyan edib ki, İranın Silahlı Qüvvələri və asayiş keşikçiləri ilə bağlı hər hansı qeyri-qanuni qərara qarşı Tehranın cavabı qəti olacaq və bunun nəticələrinə görə məsuliyyət həmin addımı atanların üzərinə düşəcək.
Sizin rəyiniz