Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ümüdünya Müsəlmanlarının Ali Rəhbəri Həzrəti Ayətullah Xamenei Avropada İslam Tələbə Assosiasiyaları Birliyinin illik toplantısına ünvanladığı mesajda ABŞ ordusunun ağır hücumunun və onun regionda utancverici şəkildə genişlənməsinin İslami İranı gənclərinin təşəbbüsü, cəsarəti və fədakarlığı sayəsində məğlubiyyətə uğradığını vurğulayıb.
İmam Xamenei Həzrətləri bu barədə bildirib: Fasiq və fəsad yayan zorakıların çaşqınlığının əsas səbəbi nüvə məsələsi deyil, ədalətsiz nizam və dünyada hegemon sistemin hökmranlığı ilə üzləşmək və İslami İran tərəfindən ədalətli milli və beynəlxalq sistemə müraciət etmək bayrağını qaldırmaqdır.
İslam İnqilabının Rəhbərinin mesajının mətni belədir:
Rəhman və Rəhim olan Allahın adı ilə
Əziz gənclər!
Bu il ölkəniz iman, birlik və özünəinam sayəsində dünyada yeni nüfuz və çəki qazandı. ABŞ ordusunun və onun rüsvayçı tör-töküntüsünün bu bölgəyə ağır hücumu İslami İranın gənclərinin təşəbbüsü, cəsarəti və fədakarlığı ilə məğlub edildi. Sübut olundu ki, İran xalqı öz imkanlarından istifadə edərək, iman və saleh əməllərin kölgəsində, fasiq və zalım təkəbbürlü güclər qarşısında dayana və İslam dəyərlərinə çağırışı dünyaya əvvəlkindən daha uca səslə çatdıra bilər.
Bir sıra elm adamlarının, generalların və bir qrup əziz xalqımızın şəhid olması ilə bağlı dərin kədər cəsur İran gəncliyini dayandıra bilməyib və dayandıra bilməyəcək. Həmin şəhidlərin ailələri özləri hərəkatın öncülləri arasındadır.
Problem, nüvə məsələsi və bu kimi şeylərlə bağlı deyil. Bu, ədalətsiz nizam və mövcud dünyada hegemon sistemin hökmranlığı ilə üzləşmək və ədalətli milli və beynəlxalq İslam sisteminə keçməklə bağlıdır. Məhz bu, İslami İranının öz bayrağını qaldırdığı və fasiq və fəsad törədən zorakıları qəzəbləndirdiyi böyük mübarizədir.
Xüsusilə xaricdəki tələbələr, bu böyük məsuliyyətdə paya malikdir. Qəlblərinizi Allaha təslim edin, nələrə qadir olduğunuzu tanıyın, təşkilat və birlikləri bu istiqamətə yönəldin.
Allah sizinlədir və in şə Allah, sizi tam qələbə gözləyir.
Seyid Əli Xamenei
Sizin rəyiniz