23 dekabr 2025 - 20:35
Source: IRNA
Faşist İşğal rejiminin ordu radiosunu  bağlaması yəhudiləri bir-birinə vurdu

İşğal olunmuş ərazilərdə sionist rejimin ordu radiosunun bağlanması ətrafında qalmaqal səngimir

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist rejiminin müharibə naziri İsrail Kats bildirib ki, bu rejimin ordu radiosu bağlanacaq. Bu addım işğalçı rejimin rəsmiləri və müxalifətinin etirazına səbəb olub.

Kats əlavə edib: Sözügedən radio illər ərzində elə bir tribunaya çevrilib ki, orada müxtəlif baxışlar səsləndirilir və bu baxışların bir çoxu İsrail ordusunu və onun hərbçilərini tənqid edir.

Daha əvvəl İsrail kabinetinin hüquqi müşaviri Qali Baharav-Miara bəyan edib ki, kabinetin ordu radiosunun bağlanması ilə bağlı qərarı işğal olunmuş ərazilərdə ictimai medianı zəiflətməyə və söz azadlığını məhdudlaşdırmağa yönəlmiş daha geniş səylər çərçivəsində qəbul edilib.

Bu kontekstdə sionist rejimin müxalifət lideri Yair Lapid bildirib ki, ordu radiosunun bağlanması təklifi hökumətin xüsusilə seçkilərin keçirildiyi ildə işğal olunmuş ərazilərdə söz azadlığını boğmağa yönəlmiş cəhdlərinin bir hissəsidir.

Sizin rəyiniz

You are replying to: .
captcha