Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Taybad rayonunun İslam İnqilabı üzrə prokuroru bildirib: İranın şimal-şərqində, İran–Əfqanıstan sərhəd bölgələrində güclü qar yağışı və çovğun nəticəsində çətin vəziyyətdə qalan 2 min 106 qeyri-qanuni Əfqanıstan vətəndaşı silahlı qüvvələrin köməyi ilə xilas olunub.
Höccət Siddiqinin sözlərinə görə, həmin şəxslər ölkəyə qeyri-qanuni daxil olmamışdan əvvəl çətin keçilən sərhəd ərazilərində aşkar edilib, onlara operativ şəkildə yardım göstərilib, tibbi və zəruri humanitar xidmətlər təqdim olunub.
O qeyd edib: Bu şəxslər tibbi müayinədən keçirildikdən və müvafiq qanuni prosedurlar başa çatdırıldıqdan sonra Əfqanıstanın aidiyyəti qurumlarına təhvil verilib.
Sizin rəyiniz