16 dekabr 2025 - 08:28
Source: IRNA
Bəqai: Üç ada İranın suveren ərazisidir / BƏƏ-nin İranın Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları ilə bağlı iddiası yanlış və əsassızdır

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü: Üç ada İranın suveren ərazisidir / BƏƏ-nin diplomatik nümayəndə heyətlərinin iştirakından sui-istifadəsi

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Birləşmiş Ərəb Əmirliklərinin bu ölkəyə səfər edən istənilən diplomatik nümayəndə heyətinin iştirakından İrana qarşı ərazi iddiaları irəli sürmək məqsədilə sui-istifadə və israr etməsindən təəssüf hissi ifadə edərək, Çin Xalq Respublikasının xarici işlər nazirinin BƏƏ-yə səfərinin yekun bəyanatında İranın Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları ilə bağlı əsassız və yanlış iddianın təkrar yer almasını kəskin şəkildə pisləyib.

Bəqayi vurğulayıb: Əbu Musa, Böyük Tunb və Kiçik Tunb İranın ayrılmaz suveren ərazi hissələridir və bu adalara dair istənilən ərazi iddiası dövlətlərin ərazi bütövlüyünə hörmət və mehriban qonşuluq prinsiplərinə açıq şəkildə ziddir.

Sizin rəyiniz

You are replying to: .
captcha