Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İsalm Respublikasının Xarici İşlər Naziri Minskdə belarusiyalı həmkarı ilə görüşdən sonra iki ölkə arasında münasibətlərin gələcəyinə ümidli olduğunu bildirib.
O, qeyd edib: Görüşdən əvvəl çox faydalı danışıqlar aparılıb və qarşıdakı bir il ərzində İran və Belarus arasında əməkdaşlıq üzrə yol xəritəsinin hazırlanması, həmçinin ikitərəfli iqtisadi əlaqələrdə mövcud potensialdan daha geniş istifadə etmək üçün atılacaq addımlar barədə razılıq əldə olunub.
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi belaruslu həmkarı ilə birgə mətbuat konfransında deyib:
Bu gün həm hörmətli xarici işlər naziri ilə, həm də Belarus Respublikasının Prezidenti cənab Aleksandr Lukaşenko ilə çox yaxşı, səmərəli, faydalı müzakirələr və danışıqlar apardıq.
Xarici işlər naziri Belarus Prezidenti ilə görüşünü faydalı və müsbət adlandıraraq bildirib: İran–Belarus münasibətləri çox müsbət inkişaf mərhələsindən keçir. Bu münasibətlər Belarusun müstəqillik əldə etdiyi vaxtdan bu günədək daim isti, dostluq xarakteri daşıyıb, qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulub və biz bu yolu bundan sonra da davam etdirəcəyik.
İki ölkə beynəlxalq və qlobal məsələlərdə ortaq mövqelərə malikdir. Bir çox məsələlərdə beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıq edirik, regional məsələlərdə baxışlarımız üst-üstə düşür. Belarusdakı dostlarımızın İsrail və ABŞ-nin İrana qarşı təcavüzünü pisləməsini, İran xalqı ilə həmrəylik və dəstək nümayiş etdirməsini yüksək qiymətləndiririk.
Keçən həftə iki ölkənin Birgə İqtisadi Komissiyasının iclası Tehranda keçirilib və bu iclas çərçivəsində çox mühüm və müsbət razılaşmalar əldə olunub. Hər iki tərəf bu əməkdaşlığın davam etdirilməsi, eləcə də iki ölkədə mövcud iqtisadi potensialın istifadəyə cəlb olunması üçün lazımi iradəyə malikdir. Biz eyni zamanda Avrasiya İqtisadi İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS çərçivəsində də birgə iştirak edirik və bu regional və beynəlxalq qurumların imkanlarını iki ölkənin maraqları naminə səfərbər etməkdə qətiyyətliyik.
Hər iki ölkə Qərb ölkələri tərəfindən tətbiq olunan ədalətsiz, birtərəfli və qeyri-qanuni sanksiyalara məruz qalıb. Biz beynəlxalq təşkilatlar çərçivəsində birtərəfli tədbirlərə qarşı mübarizə sahəsində də bir-birimizlə əməkdaşlıq edirik.
Sizin rəyiniz