Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Prezidenti Rusiya Prezidenti ilə görüşündə Tehranın iki ölkə arasında strateji əməkdaşlığa dair hərtərəfli anlaşmanın icrasına dair qətiyyətini vurğulayaraq bildirib: İmzalanmış anlaşmanı tam şəkildə icra etməyə sadiqik və gözləyirik ki, Rusiya tərəfi də qarşılıqlı razılaşmaların həyata keçirilməsi prosesini sürətləndirib yekunlaşdıracaq.
Türkmənistanda keçirilən Beynəlxalq Sülh və Etimad Sammitinin çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşən Məsud Pezeşkian Tehran–Moskva əlaqələrinin yüksək və genişlənən səviyyəsindən məmnunluğunu ifadə edib, həmçinin İran İslam Respublikasına beynəlxalq təşkilatlarda göstərilən dəstəyə görə Rusiya tərəfinə təşəkkürünü bildirib.
Dövlət başçısı vurğulayıb: İran iki ölkə arasında strateji əməkdaşlıq barədə hərtərəfli anlaşmanın icrasına sadiqdir eləcə də imzalanmış sənədin icrası üçün qətiyyətliyik. Xüsusilə enerji, nəqliyyat və tranzit sahələrində birgə layihələr davam etdirilir. Korridor layihəsi üzrə də ilin sonunadək İran tərəfindən tam icra üçün zəruri şərait təmin ediləcək. Gözləyirik ki, Rusiya tərəfi də bu razılaşmaların həyata keçirilməsini sürətləndirəcək.
Görüşdə Rusiya Prezidenti Vladimir Putin də İran Prezidenti ilə görüşdən məmnunluğunu ifadə edərək, hərtərəfli strateji əməkdaşlıq anlaşmasının imzalanmasını iki ölkə münasibətlərində mühüm mərhələ və əhəmiyyətli hadisə kimi dəyərləndirib.
Rusiya Prezidenti qeyd edib ki, beynəlxalq məsələlərdə də Moskva ilə Tehran arasında sıx əlaqə və koordinasiya mövcuddur. Rusiya BMT-də həmişə İran İslam Respublikasını dəstəkləyib və bu dəstək davam edəcək, — deyə Putin vurğulayıb.
Vladimir Putin görüşün sonunda İran İslam Respublikasının Ali Rəhbərinə səmimi salamlarını çatdırıb.
Sizin rəyiniz