27 noyabr 2025 - 13:46
“Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Beynəlxalq Gün” və 33.000 Fələstinli Qadının Şəhid Edilməsi   

Fələstin Xarici İşlər Nazirliyi Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Beynəlxalq Gündə sionistlərin Qəzzada iki illik soyqırımı zamanı 33.000 fələstinli qadın və qızı şəhid etdiyini vurğuladı.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “Ərəbi 21” Xəbər Agentliyinin məlumatına görə, Fələstin Xarici İşlər Nazirliyi Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Beynəlxalq Gündə sionist rejimin müasir dünyada qadınlara qarşı ən ağır ayrı-seçkilik və zülm formalarından biri hesab edilən Qəzzaya hücumu nəticəsində son iki ildə Fələstin ərazilərində 33.000 qadın və qızın şəhid etdiyini açıqlayıb.

Nazirliyin yaydığı açıqlamada bildirilir ki, son iki ildə sionist rejimi Qəzzada soyqırıma başlayıb və bu soyqırım ötən ay atəşkəslə başa çatıb. Eyni zamanda, sionistlər işğal olunmuş İordan Çayının Qərb Sahilində də təcavüzlərini gücləndiriblər və bu da on minlərlə fələstinlinin şəhid olmasına səbəb olub.

Digər tərəfdən, Qəzza hökumətinin media ofisi Təl-Əvivin Qəzza zolağında iki illik soyqırımı zamanı 12.500-dən çox qadın və 20.000-dən çox uşağı şəhid etdiyini açıqladı ki, bu da ümumilikdə 69.000 şəhidin bir hissəsidir.

Həmçinin, rəsmi Fələstin qurumları bu dövrdə sionistlərin İordan Çayının Qərb Sahilində hücumları nəticəsində 1080 fələstinlinin şəhid edildiyini bildirir.

Fələstin Xarici İşlər Nazirliyi əlavə edib ki, sionist işğalçı rejimi soyqırım, qısamüddətli edamlar, məcburi qaçırılmalar, özbaşına həbslər, işgəncə və cinsi zorakılıq, fələstinli qadınlara qarşı aclıq və qorxutma da daxil olmaqla sistematik cinayətlər törədir.

Bəyanatda əlavə edilib ki, sionist rejim hücumları həmçinin qadınlar üçün xəstəxanalar və klinikalar, xüsusən də reproduktiv və əqli sağlamlıq xidmətləri və dəstək mərkəzləri daxil olmaqla səhiyyə infrastrukturunu hədəfə alıb və minlərlə qadını əsas xidmətlərdən məhrum edib.

Nazirlik vurğulayıb ki, sionist rejimi Fələstin xalqını, xüsusən də qadınları hədəf almaq və qorxutmaq üçün süni intellekt və elektron casusluq da daxil olmaqla nəzarət vasitələrindən və qabaqcıl texnologiyalardan istifadə edir.

Sizin rəyiniz

You are replying to: .
captcha