Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata əsasən, HƏMAS sözçüsü Hezam Qasim şənbə günü bildirib ki, Qəzzada atəşkəslə bağlı BMT Təhlükəsizlik Şurasında qəbul olunacaq qətnamədə müharibənin yenidən başlanmaması və İsrailin Qəzzadan çıxması – Fələstin xalqının hüquqlarından biri kimi – nəzərə alınmalıdır.
Qasim “əl-Ərəbi əl-Cədid” qəzetinə müsahibəsində vurğulayıb: Beynəlxalq qurumlar və BMT atəşkəsi dəstəkləməli, humanitar yardımlar Qəzzaya göndərilməli və daxili vəziyyətlə bağlı məsələlərdə heç bir xarici müdaxilə olmamalıdır.
O, əlavə edib: Fələstin qrupları tərəfindən bildirib ki, Qəzzada sülhməramlı qüvvələrin missiyası İsrailin bölgəyə yenidən hərbi hücumunun qarşısını almaqdan ibarət olmalıdır və İsrail Qəzzanın daxili işlərinə hər hansı formada müdaxilə etməməlidir.
Sizin rəyiniz