15 noyabr 2025 - 19:45
ABŞ-dakı Müsəlman Şagirdlər Namaz Qılmaq Üçün Zorakılıq və Ayrı-seçkiliklə Mübarizə Aparır

Amerika Müsəlman Məsləhət Şurasının (AMAC) verdiyi hesabatında bildirib: Neşvildəki ibtidai məktəblərdən orta məktəblərə qədər müsəlman şagirdlərin 46 faizinin zorakılığa və ya təqibə məruz qalır, bu da ölkə üzrə orta göstəricinin təxminən ikiqatı deməkdir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ-ın Tennessi ştatının Neşvil şəhərindəki məktəblərdə bir çox müsəlman şagird təhlükəsizliksizlik, ayrı-seçkilik və dini obyektlərə məhdud çıxış kimi problemlərlə üzləşirlər. Valor Kollecinin hazırlıq məktəbində hər günortadan sonra xüsusi zəng çalınır və onlarla şagird məktəbin namaz xalçalarından istifadə edərək dua etmək üçün idman zalına toplaşır. Şagirdlər cinsiyyətlərinə görə iki hissəyə bölünür və müəyyən edilmiş vaxtlarda dərsdən çıxıb, Ramazan və cümə namazları da daxil olmaqla öz namazlarını qılmağa icazə verilir.

Bəzi məktəblər şagird və persenellər üçün namaz yerləri və işçi heyətinin dəstəyi kimi imkanlar təmin etsə də, Amerika Müsəlman Məsləhət Şurasının (AMAC) hesabatında Neşvildəki ibtidai məktəblərdən orta məktəblərə qədər müsəlman şagirdlərin 46 faizinin zorakılığa və ya təqibə məruz qaldığı müəyyən edilib; Bu, ölkə üzrə orta göstəricinin təxminən ikiqatına bərabərdir. Bir çox şagird dini stereotiplər, anlaşılmazlıqlar və uyğunsuz məktəb siyasətləri ilə üzləşməkdədir.

Sizin rəyiniz

You are replying to: .
captcha