Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fransa Müsəlman Federasiyası (MF) verdiyi açıqlamada Leyl Böyük Məscidinin imamı Məxluf Mameçin federasiyanın yeni prezidenti seçildiyini açıqlayıb. O, 8 noyabr şənbə günü keçirilən seçki ümumi yığıncağından sonra Marseldəki Kollec-Lisey İbn Xəldun məktəbinin keçmiş prezidenti Möhsün Neqzonu əvəz edir.
Fransa Müsəlman Federasiyası (MF) Mameçlə bağlı verdiyi açıqlamada yazıb: “Cənab Mameç uzun illərdir Fransa müsəlman institutlarını, xüsusən də təhsil, təlim və ibadətin strukturlaşdırılması sahələrində gücləndirmək üçün çalışıb.”
Yeni prezident isə deyib: “Federasiyanın missiyasını cəmiyyətin, onun qurumlarının və ümumiyyətlə ölkəmizin xeyrinə dürüstlük, dialoq və davamlı qərar qəbuletmə ilə davam etdirməyə hazıram.”
Qeyd edək ki, bu seçim federasiyanın müsəlman qurumlarına qarşı islamofob hücumlar və bəzi məktəblərdə müəyyən qrupların təsiri barədə məlumatlar da daxil olmaqla, son zamanlar çətinliklər və təzyiqlərlə üzləşdiyi bir vaxta təsadüf edir.
2017-ci ildən bəri fəaliyyət göstərən "Fransa Müsəlmanları" təşkilatı, Fransadakı müsəlman icmasının təhsil və dini fəaliyyətlərinin birliyini və inkişafını gücləndirmək üçün Mameşin seçilməsi ilə yeni bir yola qədəm qoyub.
Sizin rəyiniz